Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın toyu baş tutub. Bu barədə 4 yanvar tarixində Baku.ws-yə istinadən xəbər veririk.
Mərasim Gəncədəki məkanlardan birində keçirilib. Sevil onu dağıntılar altından çıxaran sinif yoldaşı ilə ailə qurub.
Xatırladaq ki, Sevil və 8 yaşlı qardaşı Hüseyn 11 oktyabr 2020-ci ildə raket hücumu nəticəsində hər iki valideynini itiriblər. Onları ana nənəsi himayəsinə götürüb. Hazırda Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində oxuyur.