Gəncədə daha bir müəllim müsabiqədə uğur qazanıb. Bu haqda 31 avqust tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibləri elan olunublar. Onların arasında 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin müəllimi Ruhiyyə Abdullayeva da yer alıb. Müəllim "Qiraətçilər klubu" layihəsi ilə iştirak edib.
Abdullayeva burada fərdi kateqoriya üzrə qalib olub.