top
Qonşusunu öldürüb əmisi və əmisi oğlunun üzərinə atmaq istədi
07 iyul 2025, 09:20
- ↺ +

Qonşusunu öldürüb əmisi və əmisi oğlunun üzərinə atmaq istədi

 

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və bilə-bilə yalan xəbərçilik etmədə təqsirləndirilən Fariz Cəlilovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.аz xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 13 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, 2023-cü ilin fevral ayının ortalarında Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində Fariz Cəlilovun yaşadığı fərdi yaşayış evinin həyətində saxladığı it onunla qonşuluqda yaşayan həmkəndlisi, 1959-cu il təvəllüdlü Əntiqə Məmmədovaya məxsus toyuqların yumurtalarını yeyib. Bu səbəbdən də Əntiqə Məmmədova bir neçə dəfə ona irad bildirib, sözlə mübahisə edərək itinin ona vurduğu 7 manat məbləğində maddi ziyanın ödənilməsini tələb edib. Fariz bununla əlaqədar, 19 fevral 2023-cü il tarixdə, saat 21:30 radələrində Əntiqə Məmmədovanın yaşadığı evə gedib, 7 manatı ödəyib, həyətdən çıxıb uzaqlaşmaq istəyəndə, qadın onun vəfat etmiş valideynləri və övladının ünvanına nalayiq ifadələr işlədib.

O, Əntiqə Məmmədovanın sözlərini özünə və vəfat etmiş yaxınlarının ruhuna ağır təhqir kimi qəbul edib və hiddətlənib. Sonra Fariz qadının mətbəxindən götürdüyü bıçaqla onu qətlə yetirib.

Bundan başqa, o, qadını qəsdən öldürülməsi faktı üzrə cinayət təqibinin aparıldığı müddətdə cinayətin onun tərəfindən törədilməsini təsdiq edən təkzibedilməz mötəbər sübutların olmasına baxmayaraq, törətmiş olduğu xüsusilə ağır cinayəti ört-basdır etmək niyyəti ilə bilə-bilə yalan xəbərçilik edib. Fariz istintaq orqanlarının əməkdaşlarına hadisəni öz əmisi, Zəyəm-Cırdaxan kənd sakini və həmin şəxsin oğlu tərəfindən törədildiyini bildirib. Lakin sonradan hadisəni onun tərəfindən törədildiyi məlum olub və barəsində həbs qətimkan tədbiri seçilib.

Lakin Fariz Cəlilov məhkəmədə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərib ki, heç bir cinayət əməlini törətməyib və onun heç bir cinayətdən xəbəri yoxdur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
Bu gün, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
Dünən, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
Dünən, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
Dünən, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
Dünən, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
Dünən, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
Dünən, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Bütün xəbərlər
Dünən, 10:08

Gəncədə zibil maşınları ilə bağlı iddialara RƏSMİ CAVAB

Bizim fəxrimiz
Dünən, 09:04

Gəncəli taekvondoçu "Koreya Səfiri Kuboku"nda medal qazandı

Bütün xəbərlər
25 sentyabr 2026, 17:42

Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM

Gəncəbasar
25 sentyabr 2026, 17:06

Şəhid ailələrinə və müharibə əlillərinə 50 mənzil verildi

Bizim fəxrimiz
25 sentyabr 2026, 16:01

Gəncəli məktəbli zehni ilə PARLADI

Bütün xəbərlər
25 sentyabr 2026, 15:44

Gəncədə Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert keçirilib

Bütün xəbərlər
25 sentyabr 2026, 13:47

Gəncədə məktəblərin yaxınlığındakı çuxurlar sürücüləri BEZDİRİB

Bizim fəxrimiz
25 sentyabr 2026, 12:53

Gəncəli şagirdlər ölkə birinciliyində medal qazanıblar

Bütün xəbərlər
25 sentyabr 2026, 12:32

Gəncədə sabah 32 dərəcəyədək isti gözlənilir

Bütün xəbərlər
25 sentyabr 2026, 11:52

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 2 İLƏ ENDİRİLİR

Bütün xəbərlər
25 sentyabr 2026, 11:28

Dövlət Miqrasiya Xidməti işçi qəbulu elan etdi – VAKANSİYA VAR

Bütün xəbərlər
25 sentyabr 2026, 11:16

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Bütün xəbərlər
25 sentyabr 2026, 11:08

"Payızın dəyişkən hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir" - DYP

Bütün xəbərlər
25 sentyabr 2026, 10:40

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Bütün xəbərlər
25 sentyabr 2026, 10:17

İki şəhid xanımı universitetə qəbul olunub

Oxşar xəbərlər