Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Gencexeber.az bildirir ki, düşən yağıntının miqdarı Tovuzda 4, Daşkəsən, Mingəçevirdə 2, Göygöl, Şəmkir, Goranboy, Gədəbəy, Gəncə, Şəmkirdə 1 mm-dir.
Hazırda qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Mingəçevirdə 15 m/s-yə çatır.
İyunun 15-i saat 17:35-17:41 radələrində Tovuz rayonunun Əsrikçay-Əsrikcırdaxan ərazisinə diametri 12 mm olan dolu düşüb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 18-i gündüzədək davam edəcəyi gözlənilir.