“Turan Tovuz” futbol klubunun oyunçusu əməliyyat olunub.
Gencexeber.az-a klubun mətbuat xidmətindən verilən məlumata əsasən, menisk yırtığı diaqnozu qoyulan panamalı Roderik Miller artroskopik diz əməliyyatı olunub. Klub rəhbərliyi və həkimlərin icazəsi ilə müdafiəçinin əməliyyatı vətənində, milli komandanın həkimlərinin nəzarəti altında həyata keçirilib.
Onun əməliyyatının uğurlu keçdiyi bildirilib.