Misli Premyer Liqasında VII turun daha iki oyunu bu gün keçiriləcək.
Gencexeber.az bildirir ki, "Kəpəz" futbol klubu "Qarabağ"ın qonağı olacaq.
Qarşılaşma saat 17:00-da start götürəcək. Rəqiblərindən bir görüş az keçirən Ağdam klubu 10 xalla 5-ci pillədə qərarlaşıb. Altı oyunun hamısında məğlub olan Gəncə təmsilçisi 12-ci sıradadır.
Misli Premyer Liqası
I dövrə, VII tur
4 oktyabr (şənbə)
17:00. "Qarabağ" – "Kəpəz"
Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Əli Əliyev
AVAR: Rəşad Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Azersun Arena"