Daşkəsəndə qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.
Gencexeber.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Məlumata əsasən, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Keçirilən növbəti profilaktik tədbirlər nəticəsində şəhər sakinləri qanunsuz saxladıqları 9 ədəd tüfəngi könüllü olaraq polisə təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.