top
Qədim oyma sənətini davam etdirən gəncəli: “Son illər gəlir əldə edə bilmirəm” – ÖZƏL MÜSAHİBƏ
02 fevral 2025, 12:00
- ↺ +

Qədim oyma sənətini davam etdirən gəncəli: “Son illər gəlir əldə edə bilmirəm” – ÖZƏL MÜSAHİBƏ

 

“Son vaxtlar Gəncə şəhərində mədəniyyət və incəsənət sarıdan çox ləngimə və geriləmə var. Sənət əsərlərimi qoymağa yer tapmıram”.

Bu sözləri Gencexeber.az-ın bugünkü müsahibi, qədim oyma sənətini davam etdirən Saləddin Məhərrəmov deyib.

Müsahibəni təqdim edirik:

- Səlahəddin bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1954-cü ildə anadan olmuşam. Hazırda Gəncə şəhərində yaşayıram. Gəncə şəhərində rəssamlıq üzrə təhsil aldım. Müəyyən zamana qədər müəllimlik etmişəm. Orta məktəbdə də işləmişəm. Paralel olaraq yaradıcılıqla da məşğul olmuşam.

- Necə oldu oyma sənəti ilə məşğul olmaq qərarına gəldiniz?

- Əvvəllər rəngkarlıq işləri görürdüm. Qrafik işləri də edirdim. Bu, bir xoş təsadüfdən yarandı. 1987-ci ildə şəhərdə qədim bir işin bərpasına ehtiyac var idi. Bu sənətin əsil adı ağacişləmə üzrə rəssamdır. İndi oyma deyirlər. O işin bərpasını öhdəmə götürdüm. Alətlərim də heç yox idi. Sonradan o işə məndə maraq yarandı. Başqa formada işlər etməyə başladım. Moskvadan və müəyyən yerlərdən oyma işinə aid professional alətləri aldım.

- Oymaçılıq və yonma digər sənət növlərindən nə ilə fərqlənir?

- Fərqi odur ki, bu sənət çox özünə cəlb edən bir sənətdir. Bu rəssamlıq və heykəltəraşlığın bir qoludur. Rəssam olmayan şəxs iş görə bilməz. Görsə də, gördüyü işlər savadsız olar. Cəmiyyət içinə çıxası işlər olmaz. Hər bir işin özünün proporsiyaları var. Uyğun olmadığı zaman qəbul olunmur. Başqa sənətlərdən fərqi odur ki, bu sənət özündə sanki insanı tutub saxlayır. Çox maraqlıdır ki, onu kəsdikcə nə olacaq. Ağac üzərində kəsmədir. Əslində, biz onu oymuruq, kəsirik.

- Oymaçılıq və yonma sənətinin tarixi və ənənələri barədə nə düşünürsünüz? Müasir dövrə bu sənət formalarını necə tətbiq edirsiniz?

- Azərbaycanda bu sənətin də tarixi kökləri var. Qəbirüstü abidələrdə daş yonma ilə eyni bir sənətdir. Bir var ki, daşın üstündə yonursan, sonra da qopardırsan. Lakin ağacdan götürüb kəsirsən. Mexaniki alətlə oya bilərsən. Lakin tam bir sənət əsərini edib, qurtara bilməzsən. Kəsmək mütləqdir. Mən dekorativ işlər də görürəm. Müasir dövr üçün ağacişləmə üzrə işlərdə dekorativ əsərlər də yaradıram.

- Ən çox hansı materiallarla işləməkdən zövq alırsınız?

- Ən çox istifadə etdiyim materiallar ağaclardır. Mütləq və şərtdir ki, bərk ağac olsun. Çox incəliklər etmək istəyən sənətkar sümük kimi möhkəm ağaca üstünlük verir ki, incəlikləri edə bilsin, ağac əzilməsin, möhkəm olsun. Meşə ağaclarından daha çox istifadə edirəm. Qoz, püstə ağacları ilə çox işlər görmüşəm. Bu ağaclar ilə gözəl sənət əsərləri ərsəyə gətirmək mümkündür. Ortaya normal iş çıxır. Ağacın forması, teksturası işin alınmağında sənətkara dəstək olur.

Təbiət mənzərələrini çox sevirəm... Satdığım və hədiyyə verdiyim də olub. Mən Azərbaycan təbiəti və dağ mənzərələrini işləməyi çox sevirəm. Buludları həm dekorativ formada, həm də rəngkar kimi işləməkdən zövq alıram. Ağacda buludları göstərmək çox çətindir. Ancaq öhdəsindən gələ bilirəm.

- İşlərinizin müəyyən bir üslubu varmı? Hansı motivlər və formalar sizin işlərinizdə tez-tez yer alır?

- Özünəməxsus iş texnikam və üslubum var. Mən hislərlə işləyirəm. Üslubuma baxanda bunu aydın başa düşəcəksiniz. Başqalarının əl işlərindən seçiləndir. Təbiət mənzərələrinə üstünlük verirəm. Son vaxtlar portretlər də edirəm. Nizami Gəncəvinin, Əlşir Nəvainin portretini hazırlamışam.

- Sənətinizlə əlaqəli ən böyük çətinliklər və ya qarşılaşdığınız maneələr nələr olub?

- Qarşıma çıxan ən böyük çətinliklərim odur ki, ad verilməyib. Dəfələrlə müraciət edilib ki, əməkdar adı verilsin. Ad hələ də yoxdur. 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. 6 ilə yaxındır ki, təqdimat vermişəm.

- Hansı əsərinizi xüsusi olaraq uğurlu və ya unudulmaz hesab edirsiniz? 

- Bir işim var. Azərbaycan diasporu onu o zaman mənə sifariş etmişdi. Londonda sərgilənən əl işim var. Son əl işim isə ən çox xoşuma gələn Nizami Gəncəvinin portretidir. Nəvai Nizami aşiqi olduğu üçün onun da portretini hazırlamışam.

- Bu sənət sahəsinin gələcəyi barədə nə düşünürsünüz? Oymaçılığın və yonmanın müasir cəmiyyətə inteqrasiyası necə ola bilər?

- Məşğul olsan, hər bir sənətin gələcəyi var. Ciddi cəhd ilə məşğul olsan, irəliləyiş əldə etmək olar.

- Gəncəlilərin bu sənətə marağı hansı səviyyədədir?

- Son vaxtlar Gəncə şəhərində mədəniyyət və incəsənət sarıdan çox ləngimə və geriləmə var. Unutqanlıq yaranıb. Hələ də bizim Rəssamlar İttifaqının sədri yoxdur. Sənət əsərlərimi qoymağa yer tapmıram.

- Tələbəniz varmı?

- Bəli, tələbələrim olub. Onlar müxtəlif ölkələrdə çalışırlar. Bu gün də gəlmək istəyənlər var. Yerim olsa, uşaqları öyrətməyə çox həvəsliyəm.

- Sərgiləriniz olubmu?

- Mənim fərdi yaradıcılıq sərgim olub. Mədəniyyət nazirliyinin xətti ilə Gəncə şəhərində keçirilib. Orada 60-dan çox əl işi təqdim olundu. Bir neçə portret janrına aid olan abstrakt əl işlərim də var. Mingəçevirdə də sərgim olub.

- Ailə üzvlərinizdən bu sənətlə məşğul olan varmı?

- Oğlum bu işi bacarır. Ancaq məşğul olmur. Ailədə iki qızım, bir oğlum var. Qızlarımda da rəssamlıq qabiliyyəti var. Lakin başqa sahələrlə məşğuldurlar.

- Hazırladığınız əsərlərdən gəlir əldə edirsinizmi?

- Son illərdə demək olar ki, heç bir əsər satmamışam. Sərgidə bir əsərimi italiyalı birinə yüngül qiymətə satdım. Həm də oğlumun dostu idi. Dəyərli bir işi hədiyyə kimi verdim. Son illərdə bu sənət ilə gəlir əldə edə bilmirəm. Düzdür, işləyirəm və həvəsdən düşmürəm.

- Əl işləriniz gələn turistlərin diqqətini cəlb edibmi?

- Turistlər gəlib-gedirdi. Diqqətlərini əlbəttə ki, çəkib. Gəncə Dövlət Universitetində rəsmxət fakültəsi var. Ağac işləmə haqqında müəllimlər uşaqlara ötəri məlumat verirlər. Turist kimi yanıma gəlib ekskursiya edirlər. Əyani olaraq master-klas keçirəm. İzləyib gedirlər. Hazırda əl işlərim qalereyada saxlanılır.

Nəzrin Vahid 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
Bu gün, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
Bu gün, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
Bu gün, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Bu gün, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Bu gün, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
29 sentyabr 2026, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
29 sentyabr 2026, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Oxşar xəbərlər