Gəncədə qadın narkotik üstündə saxlanılıb. Bu haqda 5 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.
Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə şəhər sakini Diana Mehdiyeva saxlanılıb. O, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinib.
Qadının üzərinə baxış keçirilən zaman onda 5.54 qram marixuana aşkar edilib. Şəhər ərazisindəki istifadəyə yararsız tikilidə isə Mehdiyevanın gizlətdiyi 6 torbada ümumi çəkisi 36 kq 745 qram marixuana tapılıb.
Faktla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.