Gəncədə məşhur bəstəkarın barelyefi təmir olunub. Bu haqda Gencexeber.az-a 9 avqust tarixində məlumat daxil olub.
“Cücələrim” mahnısının bəstəkarı Qəmbər Hüseynlinin barelyefi təmir olunub. Bəstəkarın xatirə lövhəsi rənglənib və səliqəyə salınıb, eləcə də hərflər bərpa olunub.
Qeyd edək ki, ötən ay Qəmbər Hüseynlinin barelyefinin təmirə ehtiyacı olması barədə məlumat vermişdik. Məsələ işıqlandırıldıqdan sonra problem öz həllini tapdı.