Gəncə şəhərinin iki məzunu – Rafael Qarayev və Aysu Hüseynova 2025–2026-cı tədris ili üzrə Prezident təqaüdünə layiq görülüblər.
Gencexeber.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, Rafael Qarayev Gəncə şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbinin, Aysu Hüseynova isə 27 nömrəli məktəb-liseyin məzunudur.
Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, hər iki məzun IV ixtisas qrupu üzrə yüksək nəticə göstərib. Rafael Qarayev 686,6 bal, Aysu Hüseynova isə 692,8 bal toplayaraq ölkənin ali təhsil müəssisələrinə qəbul olublar.
Onların əldə etdikləri yüksək nəticələr Prezident təqaüdünə layiq görülmələrinə səbəb olub.
Qeyd edək ki, Prezident təqaüdü hər il ali məktəblərə ən yüksək nəticə ilə qəbul olan tələbələrə təqdim olunur.