Gəncədə növbəti təyinatlar açıqlanıb. Bu haqda 8 aprel tarixində prezident.az saytına istinadən məlumat veririk.
Prezident İlham Əliyev "Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Sərəncam imzalayıb. Qərar aşağıda sadalanan hakimlərlə bağlı olub:
- Toğrul Məhəmməd oğlu Əli Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilib;
- Natiq Mürsəl oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilib;
- Kənan Hafiz oğlu Vəliyev Gəncə Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib. O, Daşkəsən Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub;
- Ədil İsa oğlu Məmmədov Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilib.
Qeyd edək ki, Sərəncam imzalandığı gündən qüvvəyə minib.