Gəncədə bir nəfər silah üstündə saxlanılıb. Bu haqda 17 yanvar tarixində Report-a istinadən məlumat veririk.
Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşları Zazalı Dəmir Yolu stansiyasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Sahib Həsənov saxlanılıb. Onun üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin avtomata aid patron darağı və 10 ədəd 5,45 kalibirli patron aşkar edilərək götürülüb.
Bundan başqa, polis əməkdaşları profilaktiki tədbirlər keçiriblər. Nəticədə bir nəfər şəhər sakini özünə məxsus, müvafiq sənədləri olmayan ov tüfəngini könüllü təhvil verib.