Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 1 mart tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Yük maşını 64 yaşlı Gülmüzər Nəcəfovanı vurub. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, xəstəxanada Gülmüzər Nəcəfova dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.