82 yaşlı kişi vəfat edib.
Report.аz xəbər verir ki, Gədəbəy rayon sakini, 1943-cü il təvəllüdlü A.Alıyev pilləkəndən yıxılaraq ağır kəllə-beyin travması alıb.
Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.