Ötən il Azərbaycanda hər min nəfərə düşən nikah hallarının ən çox və ən az qeydə alındığı rayonlar məlum olub.
Report.аz xəbər verir ki, 2024-cü ildə 49 min 508 nikah qeydə alınıb.
Onlardan 2632-i Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə, 3379-u isə Qazax-Tovuz iqtisadi rayonu üzrə qeydə alınıb.
Ötən il regionlar üzrə ən çox nikah halları Yardımlı (6,9), ən az nikah halları isə Abşeron rayonunda (2,5) olub.