Gəncədə həlak olan şəxsin kimliyi məlum olub. Bu haqda 30 yanvar tarixində Unikal-a istinadən məlumat veririk.
Ötən gün iki avtomobilin toqquşması barədə xəbər paylaşmışdıq. Qəza nəticəsində yolu keçən piyada vurulub. Həmin şəxsin 42 yaşlı sahibkar olduğu bildirilir. Səbuhi Xeyirxəbərov şəhər ərazisində avtomobillərin mühərrik yağlarının satışı ilə məşğul olub.
Faktla bağlı araşdırma aparılır.