Redaksiyamız tərəfindən həyatı 21 yaşında kəsilən gəncin görüntüləri əldə edilib.
Xəbər verdiyimiz kimi, Daşkəsən rayonunda Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü İlkin Məmmədov bıçaqlanıb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.
Gencexeber.az məlumat verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən 20 yaşlı Gəncə şəhər sakini Elçin İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.