Gəncədə kişi başından xəsarət alıb. Bu haqda 3 fevral tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə şəhərin Bayan küçəsində qeydə alınıb. 52 yaşlı N.Məmmədov təpə nahiyəsinin çoxsaylı yaraları ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, N.Məmmədovu oğlu başından balta ilə vurub. Şəhər sakininin vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.