Gəncəli güləşçilər yarışlarda uğur qazanırlar. Bu haqda 7 dekabr tarixində Kəpəz Tv-yə istinadən xəbər veririk.
Güləş müəllimi Eşqin Həsənovun yetirmələri Respublikanın müxtəlif şəhər və rayonlarında təşkil olunan 3 ölkə birinciliyində iştirak ediblər. İdmançılarımız ümumilikdə 21 medal qazanıblar. Onlardan 18-i qızıl, 1-i gümüş və 2-si bürüncdür.
“Öz tələbələrimə inanıram, ümid edirəm ki, onlar bizim etimadlarımızı doğruldacaqlar”- deyə məşqçi bildirib. Müəllimin tələbələri 11 yaşlı Məhəmməd Kərimov və Həsən Əliyev keçirilən açıq birincilik və yarışlarda medallarla təltif olunublar. Güləşçiləri Şəkidə növbəti sınaq gözləyir. Onlar dekabrın 17-də turnirə qatılacaqlar.