Gəncədə voleybol klubunun üzvləri ilə görüş olub. Bu haqda 13 sentyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Niyazi Bayramov qadın voleybolçulardan ibarət “Gəncə” klubu ilə görüş keçirib. Burada klubun Müşahidə şurasının sədri millət vəkili Müşfiq Cəfərov, klubun prezidenti Elvar Osmanov, koordinatoru Əməkdar məşqçi Elçin Süleymanov, baş məşqçi Sergey Çasnavitski, Gəncə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları və klub üzvləri iştirak ediblər.
Şəhər rəhbərliyi klubun üzvlərinə uğurlar arzulayıb. Müşfiq Cəfərov icra başçısına “Gəncə” VK haqqında geniş məlumat verib. Görüşdə klubun gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.