Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov parkda vətəndaşlarla idman edib.
Ajans.az xəbər verir ki, Niyazi Bayramovun geyindiyi idman dəsti gözdən qaçmayıb.
Onun ayaqqabıları dünyaca məşhur fransız brendi "Hermes"ə aiddir, qiyməti isə təxminən 850 dollar (təxminən 1500 AZN) civarındadır. Üzərindəki idman dəsti isə alman brendi olan "Bogner"ə məxsusdur. Dəstin qiyməti isə təqribən 1050 manatdan başlayır.