Gəncə təmsilçisi növbəti rəqibi ilə qarşılaşacaq. Bu haqda 2 dekabr tarixində basketbol klubuna istinadən məlumat veririk.
“Gəncə” BK Azərbaycan Basketbol Liqasının VI turunun oyununa çıxacaq. “Sarı-göylər” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək.
Matç bu gün, 2 dekabr saat 14:00-da Gəncə Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Oyun Basketbol Federasiyasının Youtube kanalında canlı yayımlanacaq.