Gəncəli şahmatçı təltif olunub. Bu haqda 19 dekabr tarixində Şahmat Federasiyasına istinadən məlumat veririk.
Azərbaycan Şahmat Federasiyası 2023-cü ilin yekunlarına həsr olunan tədbir keçirib. Öncə şahmatçıların cari ildə qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub.
Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov idmançılara növbəti ildə də uğurlar arzulayıb. Sonda gənclər və idman naziri Fərid Qayıbov Nizami yurdunun yetirməsi Ülviyyə Fətəliyeva və Avropa çempionatında gümüş medal qazanan milli komandanın digər üzvlərinə təşəkkürnamələr təqdim edib.