Gəncədə bir uşaq köməksiz vəziyyətdə qalıb. Bu haqda 18 aprel tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bir nəfər uşağın mənzildə bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Əraziyə nazirliyin xilasediciləri cəlb ediliblər.
Müvafiq tədbirlər nəticəsində nəzarətsiz qalan uşaq xilas olunub.