Gəncə Gömrük İdarəsinin və Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib. Bu haqda 22 aprel tarixində Report-a istinadən xəbər veririk.
Adıçəkilən qurumların əməkdaşları Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən siqaretlər aşkar edərək götürüblər. Tədbirlər nəticəsində məlum olub ki, aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 1 milyon 080 min ədəd müxtəlif markalı siqaretlərdir.
Faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırmalar davam etdirilir.