Gəncədə muzdla çalışanların əməkhaqqısı açıqlanıb. Bu haqda 10 fevral tarixində Fed.az-a istinadən məlumat veririk.
Gəncə şəhər Statistika İdarəsi sənaye sahəsindəki muzdlu işçilərin sayını elan edib. Bildirilir ki, dövlət sektorunda 3996, qeyri-dövlət sektorunda isə 2877 nəfər muzdla işləyib. Onların hər birinin aldığı orta aylıq əməkhaqqı 673,7 manat təşkil edib.
Dövlət sektorunda işçilərin orta aylıq əməkhaqqı 653,5 manat, qeyri-dövlət sektorunda isə 701,8 manat olub.
Ümumilikdə isə 6873 nəfər muzdla çalışıb.