Gəncədə muzdlu işçilərin sayı açıqlanıb. Bu haqda 16 fevral tarixində Fed.az-a istinadən məlumat veririk.
Dövlət Statistika Komitəsi muzdla işləyənlər barədə hesabat hazırlayıb. Məlumata əsasən, şəhərimizdə 45 400 nəfər muzdlu işçi var. Bu göstəriciyə görə, Nizami yurdu ölkə üzrə 3-cü yerdə qərarlaşıb.
Siyahının ilk iki yerini Bakı (945 100 nəfər) və Sumqayıt (59 500 nəfər) şəhərləri tutub.
Qeyd edək ki, ölkə üzrə bu say 1 milyon 74 min 800 nəfərdir.