Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Mərkəzləşdirilmiş mühasibatlığın Daşkəsən rayonu üzrə vakant olan mühasib vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
Gencexeber.az bildirir ki, bu barədə regional idarə məlumat yayıb.
Namizədlərə ixtisas, məntiq və qanunvericilik fənləri üzrə ümumillikdə 30 sual təqdim edilib.
Müvafiq keçid balını toplamış namizədlər müsabiqənin növbəti müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.