Gəncəyə uçan təyyarə digər hava limanında enib. Bu haqda 16 fevral tarixində Report-a istinadən məlumat veririk.
Söhbət Moskva-Gəncə reysi ilə hərəkət edən hava gəmisindən gedir. Moskvanın Vnukovo Hava Limanından qalxan təyyarənin kapitanı Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.
“AZAL”dan bildirilib ki, buna səbəb Gəncə Hava Limanı ətrafındakı dumanlı hava şəraiti olub. Təyyarə yerli vaxtla saat 15:47-də Bakı Hava Limanına uğurla eniş edib.