Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən şəhərin Qurtuluş, Məhsəti və Abbas Səhhət küçələrində, həmçinin 27-05 adlanan qarajın dairəsində təmizlik işləri aparılıb.
Gencexeber.az bildirir ki, MKTİB-nin canlı qüvvəsi və müxtəlif təyinatlı texnikalarının cəlb olunduğu aksiyada adıçəkilən ərazilər məişət tullantılarından, alaq otlarından, eləcə də daş, qum, toz-torpaqdan və xəzəldən təmizlənib. Bununla paralel olaraq məişət tullantılarının atılması üçün nəzərdə tutulan iri tutumlu konteynerlər boşaldılıb, ətrafları təmizlənərək səliqəli şəkilə salınıb.
Təmizlik aksiyasına MKTİB-nin Ərazi Xidmət Sahələrinin əməkdaşları qatılıb.