Mingəçevirdə minik maşını mikroavtobusla toqquşub.
Bakupost.аz xəbər verir ki, hadisə Kür çayı üzərindəki nəqliyyat körpüsünün yaxınlığında baş verib.
Belə ki, "Toyota Prius"un "Mercedes Vito" ilə toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 5 nəfər yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.