Avqustun 15-17-də Göygöl rayonunda IV Milli Yaylaq Festivalı keçiriləcək.
Gencexeber.az məlumat verir ki, festival Göygöl rayonunda Xan Yaylağı ərazisində baş tutacaq.
Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılır. Etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənlikləri təşkil olunacaq.
Qeyd edək ki, festivalın ilki 2019-cu ildə Gədəbəy rayonunda, ikincisi 2022-ci ildə Göygöl rayonunda keçirilib.