Gəncədə turnir keçirilir. Bu haqda 6 iyun tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.
Gənclər və İdman Nazirliyi bu həftə keçiriləcək tədbirlərin siyahısını paylaşıb. 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turniri təşkil olunacaq. Burada yeniyetmələr mübarizə aparacaqlar.
Tədbir 5-8 iyun tarixlərində saat 10:00-da 2 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçiriləcək.