top
Məzunlarımızın uğur hekayələri
30 iyul 2025, 10:28
- ↺ +

Məzunlarımızın uğur hekayələri

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə müvafiq olaraq, ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə qızıl nişan alan məzunları arasında Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin məzunları da yer alır.

“Azərbaycan müəllimi” qızıl nişan alan məzunlarla həmsöhbət olub.

Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin məzunu Ömər Namazov buraxılış imtahanından 285, blok imtahanından isə 377 bal toplayaraq akademik uğurlarını rəsmiləşdirib. Ömər 6-cı sinifdən müxtəlif elmi yarışlarda iştirak edib, 9-cu sinfi fərqlənmə attestatı ilə bitirib. 2023-cü ildə biologiya fənni üzrə Respublika fənn olimpiadasında gümüş medal qazanıb.

Onun fikrincə, məqsəd uğrunda mübarizə aparan insan qarşısına çıxan çətinlikləri daha asanlıqla aşır. Nizam-intizam və zəhmət onun ən güclü silahlarıdır.

Məqsədi Azərbaycan Tibb Universitetində təhsil almaq və daha sonra xaricdə təhsilini davam etdirməkdir. O, təhsilini tamamladıqdan sonra doğma Gəncə şəhərində həkim kimi fəaliyyət göstərməyi düşünür.

Hüseyn İsmayılov da istedadlı gənclər sırasındadır. O, Gəncə şəhəri 27 nömrəli məktəb-liseyin builki məzunudur. Nailiyyətləri, düşüncəsi və gələcək hədəfləri ilə yaşıdlarından seçilən Hüseyn artıq elm, texnologiya və innovasiya sahəsində iz qoymağa başlayıb.

“Sabahın alimləri” müsabiqəsində qızıl medala layiq görülərək ölkəmizi ABŞ-də keçirilən Beynəlxalq Elm və Mühəndislik Yarışında (ISEF) təmsil edən Hüseyn dostları ilə birgə yaratdığı startap layihəsi ilə beynəlxalq arenada – “Viveka Innovation Fest” yarışında birincilik qazanıb. Hazırda oyun şirkətində oyun inkişafçısı təcrübəçisi, eyni zamanda Lüksemburqda yerləşən “Glacies Biome” şirkətində proqram təminatı inkişafı təcrübəçisi kimi fəaliyyət göstərir.

Hüseyn inkişafın təkcə dərslərlə deyil, həm də sosial mühit və yaradıcılıqla bağlı olduğunu düşünür:

“Dünyanın nüfuzlu universitetlərindən birinə qəbul olaraq özümü daha da inkişaf etdirməyi, müxtəlif cəmiyyətlərlə tanış olmağı və öyrəndiyim bilikləri cəmiyyətimizlə bölüşməyi planlaşdırıram”.

Göygöl rayonunun Balçılı kəndi R.Tağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Səma Balakişiyeva da bu il qızıl nişanla təltif olunanlar arasındadır. Səma məktəbdə dərslərdə və ictimai fəaliyyətlərdə fərqlənib. Şeir müsabiqələrinin qalibi olub, təqdimat yarışmasında ikinci yerə layiq görülüb. Uğurun əsas amillərini fərdi istedad, zəhmət və intizamda görür. Gündəlik iş rejimini planlı təşkil edib, fənləri çətinlik dərəcəsinə görə bölüb, testlər həll edib. Ən sevdiyi fənlər ədəbiyyat və riyaziyyatdır. O, tibb sahəsində təhsil almaqla cəmiyyətə faydalı olmaq istəyir.

Goranboy rayonu Mahmud Zeynalov adına Dəliməmmədli şəhəri tam orta ümumtəhsil məktəbinin qızıl nişanlı məzunu Ali Arif ardıcıl iki il – 2023 və 2024-cü illərdə biologiya fənni üzrə Respublika Fənn Olimpiadasında bürünc medal qazanaraq ölkənin istedadlı məktəblilərindən biri kimi tanınıb. Onun təhsil uğuru qızıl nişanla da dəyərləndirilib.

Biologiya və fizika fənlərinə xüsusi marağı olan Ali boş vaxtlarında şahmat oynamağı sevir. Gələcəkdə tibb sahəsində çalışmaq, bu istiqamətdə yeniliklərə töhfə vermək niyyətindədir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:40

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Bütün xəbərlər
Dünən, 14:52

Gəncədə atasını yuxudan oyadan oğul 25 gün həbsdə olacaq

Tarix
Dünən, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
10 oktyabr 2026, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
10 oktyabr 2026, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
10 oktyabr 2026, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
10 oktyabr 2026, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
10 oktyabr 2026, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
10 oktyabr 2026, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
10 oktyabr 2026, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
10 oktyabr 2026, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
09 oktyabr 2026, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
09 oktyabr 2026, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
09 oktyabr 2026, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
09 oktyabr 2026, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
09 oktyabr 2026, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
09 oktyabr 2026, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
09 oktyabr 2026, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Oxşar xəbərlər