top
“Mənə Gəncənin Xalq artisti deyirlər” - 15 ilin “küpəgirən qarı”sı
10 yanvar 2025, 10:27
- ↺ +

“Mənə Gəncənin Xalq artisti deyirlər” - 15 ilin “küpəgirən qarı”sı

 

“Küpəgirən qarı” obrazını, haradasa, 15 ildir oynayıram. Bu rol ifamda çox tanınıb. Amma bununla belə yaratdığım obrazlarım çoxdur. “Küpəgirən qarı” obrazına daha çox məktəblərdə, bayramlarda, ələlxüsus da Yeni ildə  və “Hallowen” partilərində tələbat yaranır. Bu elə bir obrazdır ki, öz aktuallığını saxlayır. Rus nağıllarında bu obrazın adı çəkildiyi üçün rus dilində təhsil alan uşaqlar üçün daha maraqlıdır. Hər kəs bu obrazı bir ayrı yaradır. Məndə isə bu tamam başqa alınır”.

Bunu moderator.аz-a açıqlamasında aktyor Natiq Lətifli deyib.

Aktyor deyib ki, səhnədə çıxış etmək, bir neçə insanın obrazını oynamaq kənardan asan görünsə də, çox çətindir:

“Aktyor sənətində sən hər zaman kiminsə həyatını oynayırsan. İnsanlar öz həyatlarını belə doğru-dürüst yaşaya bilmirlər. Bu baxımdan işimizin çətinliyi çoxdur. İsti havada elə etməlisən ki, üzündəki qrim də pozulmasın, obrazı da yarada biləsən”.

O bildirib ki, bu sahədə təhsilin önəmi böyükdür:

“Üç təhsilim var. Mədəniyyət və İncəsənət Universitetinin Dram və Kino aktyoru fakültəsini və jurnalistikanı bitirmişəm. Bundan başqa Beynəlxalq Universitetin hüquq fakültəsində də təhsil almışam. Üstəlik də xoreoqrafiya dərslərində iştirak etmişəm. Bu sahədə qeyri-peşəkarlar çoxdur. Məsələn, Novruz bayramında hər yoldan keçən başına corab taxıb keçəl olur, boğazına nəsə salıb kosa olur, ağızlarına gələni də danışırlar. Hər şeyi ucuzlaşdırıblar. İndi hər yoldan keçən kloundur. Halbuki kloun janrı var. Kimə deyirsən? Taksiçi də, santexnik də, sürücü də kloun işləyir. Hər şeyin öz incəlikləri var. Görürlər ki, pul var, geyinib gedirlər. Ən azından təhsilin önəmi çoxdur, təhsil olmadığı üçün o qeyri-peşəkarlar öz sənətlərinə yiyələnə bilmirlər. Azərbaycanın elə xalq artistləri var ki, orta təhsil alıblar. Amma içlərində sənət eşqi, fitri istedad olub”.

Aktyor qeyd edib ki, heç vaxt teatrda çalışmayıb:

“Teatrda işləməmişəm. Çünki bütün sahələrdə olduğu kimi aktyor sənətində də paxıllıqlar və ayaqdan çəkmələr var. Mən heç ona çatdırmadım özümü ki, kimsə mənim ayağımdan çəksin. Bu dəqiqə əksər teatrlarda universitet təhsili olmayan gənclər çalışır. Oxusan da çalışa bilirsən, oxumasan da. Təhsil artıq önəmli rol oynamır. Aktyor olmaqdan ötrü aktyor doğulmaq lazımdır. Durduğun yerdə, təhsil almaqla aktyor ola bilmirsən. Şükür Allaha, Gəncə və Gəncəbasar bölgəsində, eləcə də Bakıda məni tanıyanlar çoxdur. Mənə Gəncədə hamı Xalq artisti deyə müraciət edir. Xalq artisti adı kağız üzərində olmur ki”.

Son xəbərlər

Tarix
Bu gün, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
Dünən, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
Dünən, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
Dünən, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
Dünən, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
Dünən, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
Dünən, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Bütün xəbərlər
Dünən, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
01 oktyabr 2026, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
01 oktyabr 2026, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
01 oktyabr 2026, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
01 oktyabr 2026, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
01 oktyabr 2026, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
01 oktyabr 2026, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
01 oktyabr 2026, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Oxşar xəbərlər