Gəncədə QSC-lərdən biri ləğv olunub. Bu haqda 20 dekabr tarixində Oxu.az-a istinadən məlumat veririk.
Söhbət “Gəncə-Universam” QSC-dən gedir. Şirkət ləğv olunduğunu elan edib. Qərar QSC-nin növbədənkənar ümumi yığıncağında qəbul olunub. Ticarət mərkəzinin bağlanması rəsmiləşdirilib.
Qeyd edək ki, “Gəncə-Universam” 1998-ci ildə fəaliyyətə başlayıb. Şirkətin qanuni təmsilçisi Gülpəri Məcid qızı İbrahimovadır. Nizamnamə kapitalı isə 184 862 manat olub.