Gəncədə FHN-in əməkdaşları uşağı xilas ediblər. Bu haqda 12 aprel tarixində Fövqaladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Şəhərdəki mənzillərin birində uşağ bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub.
Əməkdaşlar xilasetmə tədbirləri həyata keçiriblər. Nəticədə nəzarətsiz qalmış uşaq xilas edilib.