Gəncədə məktəblərdən birində valideynləri narahat edən məsələ yaranıb. Bu haqda Gencexeber.az-a 21 dekabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin 23 nömrəli tam orta məktəbindən gedir. Valideynlərin sözlərinə görə, təhsil müəssisəsində istilik sistemi fəaliyyət göstərmir.
“Bir aydan çoxdur ki, istilik yoxdur məktəbdə. Uşaqlar tez-tez xəstələnirlər və buna görə dərslərdən geri qalırlar. Sağaldıb yollayırıq məktəbə, yenə eyni şey təkrarlanır. Məsələ ilə bağlı təhsil ocağının direktoruna və Elm və Təhsil Nazirliyinin qaynar telefon xəttinə müraciət etmişik. Lakin heç bir nəticə əldə olunmayıb.
Hətta uşaqlar arasında qızılcanın yayıldığı da deyilir”, - deyə vətəndaşlar bildiriblər.
Valideynlər sinif otaqlarının isidilməsini istəyirlər.