Qarabağ bölgəsində həlak olan şəxslərdən biri Gəncədə dəfn ediləcək. Bu haqda 5 yanvar tarixində Report-a istinadən məlumat veririk.
Ötən gün, 4 yanvar Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Nəticədə iki nəfər hərbi qulluqçu – Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov dünyasını dəyişiblər.
Onlardan birincisinin Gəncədə dəfn olunacağı bildirilir.
Qeyd edək ki, 28 yaşlı gizir Həsən İsmayılovun Vətənə əmanət qızı və oğlu qalıblar.