Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yanvarın 6-sı günün birinci yarısında bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Goranboy, Naftalan, Yevlax, Daşkəsən, Gəncə, Göygöl, Samux, Şəmkir, Mingəçevirdə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.