top
Kommunal işlər üzrə qurumlar qışa hazırlığı yekunlaşdırıblar
23 dekabr 2023, 12:00
- ↺ +

Kommunal işlər üzrə qurumlar qışa hazırlığı yekunlaşdırıblar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə qışa hazırlıq işləri görülüb. Bu haqda 23 dekabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Bildirilir ki, mövcud kommunal texnikanın qışa hazırlığı yekunlaşıb. Maşınlar və aqreqatlar texniki baxışdan keçirilərək yolların qardan təmizlənməsi üçün hazır vəziyyətə gətirilib. 4 avtoqreyder, 2 avtosüpürgə, 50-yə yaxın özü yüküboşaldan avtomobil və digər texnikalar yollarda hərəkətin təhlükəsizliyi üçün fəaliyyət göstərəcək. Həmçinin 50 min kubmetr qum, 20 ton duz, dizel və benzin ehtiyatı yaradılıb.

Soyuq havalarda şəhər sakinlərinin qaza olan tələbatı da ödəniləcək. “Azəriqaz” İB ilə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin sözlərinə görə, boru xətlərində yenilənmə işləri həyata keçirildiyindən qaz istehlakı üçün istifadə olunan istismarda olan boru xətləri, avadanlıqlar ötən illə müqayisədə daha yaxşı və etibarlıdır.

Bundan başqa, qış mövsümündə nisbətən çox rast gəlinən hallar sırasında keyfiyyətsiz qızdırıcı cihazlardan istifadə yer tutur. Qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən maarifləndirici tədbirlərin həyata keçirilməsi və dəm qazı ilə bağlı tövsiyələri vətəndaşlar tərəfindən mütləq nəzərə alınmalıdır.

FHN-in əməkdaşı Ehtiram Xəlilov: “Qaz cihazları saz və qaydalara uyğun, qurğu olan məkanın hündürlüyü isə 2 metr 20 sm-dən çox olmalıdır. Havaçəkən sistem işləməli, nəfəslik açıq, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Dəm qazı iysizdir, hiss edilmir”.

“Azərişıq” əməkdaşları da, həmçinin qış mövsümünə hazırlıq işləri çərçivəsində transformatorlara baxış keçiriblər. Köhnə elektrik xətləri yenilənib, işıq dirəkləri dəyişdirilib. Görülən işlər qışda şəhər sakinlərinin elektrik enerjisi ilə bağlı çətinliklər yaşamaması məqsədini daşıyır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:40

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Bütün xəbərlər
Dünən, 14:52

Gəncədə atasını yuxudan oyadan oğul 25 gün həbsdə olacaq

Tarix
Dünən, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
10 oktyabr 2026, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
10 oktyabr 2026, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
10 oktyabr 2026, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
10 oktyabr 2026, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
10 oktyabr 2026, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
10 oktyabr 2026, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
10 oktyabr 2026, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
10 oktyabr 2026, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
09 oktyabr 2026, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
09 oktyabr 2026, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
09 oktyabr 2026, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
09 oktyabr 2026, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
09 oktyabr 2026, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
09 oktyabr 2026, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
09 oktyabr 2026, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Oxşar xəbərlər