Gəncədə yanğın baş verib. Bu haqda Gencexeber.az-a 11 dekabr tarixində məlumat daxil olub.
Hadisə Ataturk prospektində yerləşən "Köfteci" kafesində qeydə alınıb. Adıçəkilən iaşə obyektində yanğın baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb. Obyektin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
[modula id="51398"]