top
Kişidən 10 yaşlı qıza qarşı iyrənc hərəkət: “Xəcalətimdən ölürəm”
14 yanvar 2025, 15:11
- +

Kişidən 10 yaşlı qıza qarşı iyrənc hərəkət: “Xəcalətimdən ölürəm”

 

Mingəçevir şəhərində 1960-cı il təvəllüdlü Bəxtiyar yetkinlik yaşına çatmayan Ləmana (adlar şərti verilib – red.) seksual xarakterli hərəkətlər edib.

Teleqraf.cоm xəbər verir ki, hadisə 3 sentyabr 2023-cü ildə baş verib.

Bəxtiyar həmin gün saat 17 radələrində qonşuluğunda yaşayan və həyətdə oynayan 2015-ci il təvəllüdlü Ləmanı görüb, ona qarşı şəfqət hissləri oyanıb.

O, qızı yaşadığı mənzilin pəncərəsindən səsləyib, mənzilinə gəlməsini təklif edib. Ləman bundan imtina etdikdə özü həyətə düşüb və onun əlindən tutaraq mənzilinə aparmağa nail olub. Orada azyaşlını qonaq otağına keçirib, divana əyləşdirib. Cinsi ehtirasını ödəmək məqsədi ilə ilkin olaraq Ləmanı öpüb, sonra əynindəki donunu bir qədər aşağı hissədən yuxarı qaldırıb. Sinəsindən və digər nahiyələrindən öpərək ona qarşı seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, mağazadan çörək alaraq evinə doğru gedib: “Evimə çatana yaxın gördüm, iki balaca qız tum çırtlayır. Onlara dedim ki, buraları zibilləməsinlər, başqa tərəfdə oynasınlar. Həmin qız uşağı məndən soruşdu ki, top durur sizdə? Belə düşündüm ki, nəvəm evimə gələn vaxt bu qız uşaqları ilə top oynayıbmış. Qıza dedim ki, bəli, top bizdədi.

Qız "mənə verərsiz, topla oynayaq", - deyə bildirdi. Dedim ki, niyə vermirəm. Bundan sonra evə doğru qalxdım. Arxamca da qız qalxdı. İttihamda yazılır ki, guya qızı pəncərədən çağırmışam, qız gəlməyib. Bundan sonra guya aşağı düşmüşəm, qızın əlindən tutaraq evə qaldırmışam. Belə bir şey mümkündürmü? Mən ağsaqqal adamam, 64 yaşım var. Qız mənim nəvəmin yaşındadır”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisələr ittiham aktında yazıldığı kimi cərəyan etməyib:

“Qız mənim arxamca evə gəldi. Mən də topu götürəndə gördüm ki, top boşalıb. Onu qıza verdim və dedim ki, bala, atana verərsən topu doldurar. Qız da boş topu istəmədi. Bundan sonra getdi. Hadisə belə olub. Mən ittiham aktını oxuyan vaxt dəhşətə gəlmişəm. Eləmədiyim qeyri-etik hərəkətlər ittiham aktında göstərilib. Mən pislik etməmişəm. Qız uşağı məndən top istəyib. Mən də topu ona vermək istəmişəm.

Mən xəcalətimdən ölürəm. Qohum-əqrəba arasında biabır olmuşam. Hətta bu işlə bağlı özümə qəsd etmək istəmişəm. Mənim 64 yaşım var, xəstə adamam, dərmanlarla yaşayıram. Şəkər xəstəsiyəm. Belə bir hadisəni törətməmişəm. Bu işdə heç bir günahım yoxdur”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir müddət sonra qızın atası evinə gəlib: “Məndən heç nə soruşmadan üstümə hücum çəkdi. Qızın atasına dedim ki, qızı burada nə gəzir? Heç fikrimi izah edə bilmədim. Məni vurmağa başladı.

Atası gələn vaxt qız orada yox idi. Qızın ailəsi ilə qərəzli münasibətim olmayıb. O ailəni heç tanımamışam. Qız bizim evdəki əşyaları tanıya bilməz. Çünki heç vaxt bizim evdə olmayıb. O, mənim evində top olduğunu bilib. Çünki nəvəm bizə gələndə onunla top-top oynayıb. Qız top boş olduğu üçün istəmədi və getdi. 5-10 dəqiqə sonra atası gəldi.

Qapını açan kimi heç nə demədən mənə yumruq atdı, yerə yıxıldım. Məni vurdu, sol gözümdən xəsarət aldım”.

Bəxtiyar qeyd edib ki, hadisə günü içki qəbul etməyib: “Ancaq döyüldükdən sonra vəziyyətim yaxşı deyildi, ağrılarım vardı. Buna görə axşam yatmazdan əvvəl spirtli içki qəbul etdim. Mütəmadi içki içmirəm. Yalnız xeyir işlərdə və məclislərdə içdiyim olur.

Zərərçəkmiş şəxsin atasını tanımamışam. Ola bilsin, heç nə başa düşməyib, yəni anlaşılmazlıq olub. O heç məni dinləmədi də”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, orta məktəbin 3-cü sinif şagirdidir. Atası usta, anası isə özəl sektorlardan birində işləyir:

“Özümdən kiçik 6 yaşında qardaşım var. Yay tətillərində anam hər gün səhər saat 09:00-da işə getdikdən sonra atam saat 10-11-ə qədər bizə nəzarət edib, sonra isə öz işlərinin arxası ilə gedib. Atam gedəndən sonra nahara kimi qardaşımla düşərək həyətdə oynamışıq, anamın işdən evə gəlməsini gözləmişik. Anamı gözləyən zaman həyətə düşən başqa uşaqlarla oynamışıq. Sonradan adını bildiyim Bəxtiyar da binada başqa blokada yaşayır. Həyətdə uşaqlarla oynayan zaman həmin kişini tez-tez görmüşəm”.

Ləman qeyd edib ki, sentyabrın 2-də uşaqlarla oynayan zaman Bəxtiyar yanlarına gəlib: “Məni qucağına götürərək üzümdən öpdü, “Allah səni kəsməsin!” deyərək bizimlə futbol oynamağa başladı. Futbol oynayanda içkili olduğundan yıxıldı. Sonra ayağa qalxaraq evinə getdi. Səhəri gün saat 17 radələrində həyətdə rəfiqələrimlə oynadım. Sonra yanımda rəfiqələrimdən yalnız Nərmin qaldı.

Bəxtiyarın blokunun qarşısında oynayan zaman onun zibil atmaqdan gəldiyini gördük. Məni qucaqlayıb öpdükdən sonra evinə çıxdı. Eyvandan baxaraq əl etdi, məni yanına çağırdı, amma onun yanına getmədim. Nərmin Bəxtiyarın məni çağırmasını gördü və oradan qaçaraq skamyada oturdu. Mən isə yorulduğumdan yerimdə qaldım.

Aradan 2-3 dəqiqə keçmiş Bəxtiyar həyətə düşərək mənə yaxınlaşdı. Sağ əlimdən tutaraq məni bloka tərəf apardı. Qorxduğumdan qışqıra bilmədim və onun əlindən qaçmağa cəhd etmədim.

Bəxtiyar məni yaşadığı mənzilə gətirdi. Qapıdan içəri girəndən sonra birbaşa sağdan 2-ci otağa apararaq məni divanda əyləşdirdi. Özü isə əynində olan yaşıl rəngli koftanı çıxardı, dizi üstə xalçanın üstündə əyləşdi. Əynimdəki donu qaldıraraq əvvəlcə sinəmdən, sonra isə dodağımdan, daha sonra isə donu qaldıraraq digər nahiyələrimdən öpdü. Məndən xoşu gəldiyini dedi. Qorxduğumdan və gücüm çatmadığından, həmçinin mənzildən qaçmağın mümkün olmadığını bildiyimdən ona heç nə demədim.

Həyətdən anamın səsi gəldi. Bundan başqa atamın da addım səsləri eşidildi. Bəxtiyar bunu hiss edərək mənzildən çıxmağı, evdə olanlar barədə heç kimə heç nə deməməyi, tək olanda mənzilinə gəlməyimi göstəriş verdi. Mənzilin qapısından çıxan kimi atamı qapının qarşısında gördüm. Burada nə etdiyimi soruşanda ona Bəxtiyarım məni mənzilinə apardığını, bədənimin müxtəlif yerlərini öpdüyünü, bu barədə valideynlərimə heç bir söz deməməyi göstəriş verdiyini, həmçinin tək qalanda onun yanına gəlməyimi istədiyini dedim.

Atam hirslənərək onun qapısını döydü. Bəxtiyar qapını açıb əvvəl örtmək istəsə də, atam qapını itələyərək açdı. Sonra Bəxtiyarı döydü. Məni də götürərək evə gəldi. Evdə olanları anama da danışdıqdan sonra hadisə yerini anama göstərdim.

Bəxtiyar mənimlə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmayıb. Sadəcə əlimdən tutaraq evinə gətirib, bədənimin müxtəlif yerlərindən öpüb. Bəxtiyarın mənə nə etmək istəməsini bilmirəm. Belə şeyləri başa düşmürəm”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Bəxtiyar 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi müəyyən edilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 16:31

Qərb bölgəsi bu məhsulların istehsalında liderdir

Bütün xəbərlər
Dünən, 15:34

"Manqal Kabab"da tanışını bıçaqladı – 4 il 3 ay həbs

Bütün xəbərlər
Dünən, 14:36

Sabah Gəncədə 37 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:05

Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə loqoped axtarılır

Bütün xəbərlər
Dünən, 12:28

Gəncədə daşan kanal problemi sakinləri təngə gətirib

Bütün xəbərlər
Dünən, 11:34

Gəncədə təxminən hər 10 nəfərdən biri pensiya alır

Bütün xəbərlər
Dünən, 11:03

Şəmkirdə "Mercedes" yandı

Bütün xəbərlər
05 iyul 2026, 15:02

Gəlin qayınananın evini yandırıb... – Bacısı ilə birlikdə

Bütün xəbərlər
05 iyul 2026, 09:00

"Toppuş bacı"nın qardaşı vəfat edib

Bütün xəbərlər
04 iyul 2026, 13:58

Gəncədə Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib

Bütün xəbərlər
04 iyul 2026, 12:00

Monqolustanın quzu ətləri keyfiyyətsiz deyil - EKSPERT

Bütün xəbərlər
04 iyul 2026, 10:24

"İmperialın dördyolu"nda təmizlik işləri aparıldı

Bütün xəbərlər
04 iyul 2026, 09:12

Gəncədə uşaq meydançaları: Quruyan xalçalar, paslı yelləncəklər…

Bütün xəbərlər
03 iyul 2026, 21:02

Məktəbli Əlinin vacib hekayəsi - VİDEO

Bütün xəbərlər
03 iyul 2026, 16:50

Gəncədə bir aydır küçədə qalan UNİTAZ narazılıq yaradır

Bütün xəbərlər
03 iyul 2026, 15:03

Gəncədə yeni avtobuslardakı kondisioner problemi həll olundu

Bütün xəbərlər
03 iyul 2026, 09:05

Gəncədə zibil problemi: Sakinlər qoxudan pəncərə aça bilmir

Bütün xəbərlər
02 iyul 2026, 17:59

Gəncədə "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib

Bütün xəbərlər
02 iyul 2026, 17:34

Gəncədə bu məktəbə direktor təyin olunub

Bütün xəbərlər
02 iyul 2026, 16:12

Ən çox saxtalaşdırılan məhsullar AÇIQLANDI – "Kənd toyuğu" da var

Bütün xəbərlər
02 iyul 2026, 15:38

Gəncə Regional Kollecində YENƏ GƏRGİNLİK

Bütün xəbərlər
02 iyul 2026, 15:04

Bağçalara uşaqların elektron qəbulu başlanılır

Bütün xəbərlər
02 iyul 2026, 14:02

Gəncədə 36 dərəcə isti olacaq - PROQNOZ

Oxşar xəbərlər