top
Kişi xəyanət edən arvadını ŞÜŞƏ PARÇASI ilə 17 DƏFƏ VURDU – TƏFƏRRÜAT
09 yanvar 2025, 14:29
- ↺ +

Kişi xəyanət edən arvadını ŞÜŞƏ PARÇASI ilə 17 DƏFƏ VURDU – TƏFƏRRÜAT

 

Yevlaxda kişi narkotik maddənin təsiri altında qətl törədib.

İnsanoid.соm xəbər verir ki, hadisənin məhkəmə istintaqı Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəfail Ağayevin sədrliyi ilə aparılıb.

Belə ki, 1986-cı il təvəllüdlü Həsrət Bəkirov Yevlax şəhərində anadan olub. O, əvvəllər də narkotik vasitələrin satışına və istifadəsinə görə məhkumluq həyatı yaşayıb. Ötən il martın 2-də ailəsi ilə birlikdə yaşadığı evə gedərək yataq otağında psixotrop maddə metamfetamin qəbul edib. Narkotik maddənin təsiri altında arvadı Laləzar Bəkirovanın ona xəyanət etməsindən şübhələnib. Arvadını yanına çağıraraq, xəyanətinin səbəbini soruşub. Laləzar Bəkirova bir neçə dəfə ona xəyanət etdiyini və həmin şəxslərin ondan üstün olduğunu bildirib. Bunu özünə təhqir kimi qəbul edən Həsrət onu öldürmək qərarına gəlib. İki əli ilə qadının başından tutaraq otağın pəncərəsinə vurub. Laləzarın başı ilə şüşəni sındırdıqdan sonra yerə yıxıb. Tökülən şüşə parçaları ilə arvadının bədəninə 17 dəfə zərbə endirib. Nəticədə Laləzar Bəkirova zərbələrdən sonra qanitirmədən ölüb.

Həsrət Bəkirov Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Həsrət Bəkirov ifadə verməkdən imtina edib. O, ittiham üzrə özünü qismən təqsirli bilib. Onun ibtidai istintaqdakı ifadəsi məhkəmə zalında elan olunub:

“Laləzar Bəkirova mənim həyat yoldaşımdır. 6 övladımız var. Narkotik vasitələrdən istifadə edirəm. Əvvəllər CM-in müxtəlif maddələri ilə məhkum olunmuşam. 2023-cü ilin oktyabr ayında həbsdən çıxdım. Həmin gün Salyandan Bakıya gəldim. Çünki arvadım uşaqlarımla birlikdə Bakıda kirayədə qalırdı. Laləzarla metronun 20 Yanvar stansiyası tərəfdə idik və bu zaman qarşıdan gələn tanımadığım oğlan bizi görüb qaçdı. Elə bu vaxt başqa tanımadığım bir neçə nəfər aralarında danışarkən Laləzarın qaçan oğlanla münasibətinin olduğunu dedilər. Bunu eşitdiyim üçün onlara yaxınlaşdım. Nə baş verdiyini soruşanda dedilər ki, arvadımın həmin oğlanla münasibəti var. Həyat yoldaşımdan bunu soruşanda inkar etdi.

Hadisədən 3-4 gün əvvəl Laləzar ilə Yevlax bazarında idik. Bakıda bizi görən oğlan da orada idi. Bizi görən kimi çıxıb getdi. Hadisə günü həyat yoldaşımla aramızda mübahisə başladı. O, fərqli-fərqli tanımadığım şəxslərin məndən daha yaraşıqlı olduğunu deyib, məni qəzəbləndirdi. Yataq otağına gedəndə Laləzarın cibindən metamfetamin tapdım. Bunun kimə məxsus olduğunu soruşanda bilmədiyini dedi. Həmin maddənin arvadımın sevgilisinə məxsus olduğunu düşündüm.

Daha sonra Laləzardan xəyanətinin səbəbini soruşdum. O isə bir neçə dəfə başqa şəxslərlə mənə xəyanət etdiyini, o kişilərin məndən üstün olduğunu deyib, nalayiq ifadələr işlətməyə başladı. Bundan sonra əsəbiləşib başından tutaraq otağın pəncərəsinin şüşəsinə çırpdım”.

Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində anası ifadə verib:

“Laləzar 2008-ci ildə 18 yaşı olarkən Həsrətlə ailə həyatı qurdu. Bu evlilikdən 6 övlad sahibi oldular. Həsrət narkotik vasitələrdən istifadə edirdi. Bir neçə dəfə məhkum olunub. Onlar arasında mütəmadi olaraq mübahisələr olurdu. Mübahisə vaxtı Həsrət Laləzarı döyüb, ödürməklə hədələyib. Mübahisələrin səbəbi isə kürəkənimin qızımı müxtəlif bəhanələrlə qısqanması olub.

Martın 1-i Laləzar mənə zəng edib Həsrətin onu öldürməklə hədələdiyini dedi. Qızımın qayınanası ilə danışanda mübahisənin bitdiyini bildirdi. Səhəri gün qardaşım oğlu Zaur zəng edərək Həsrətin Laləzarı öldürdüyünü dedi”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Bəkirov 17 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

 

Son xəbərlər

Tarix
Bu gün, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
Dünən, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
Dünən, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
Dünən, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
Dünən, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
Dünən, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
Dünən, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Bütün xəbərlər
Dünən, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
01 oktyabr 2026, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
01 oktyabr 2026, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
01 oktyabr 2026, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
01 oktyabr 2026, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
01 oktyabr 2026, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
01 oktyabr 2026, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
01 oktyabr 2026, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Oxşar xəbərlər