top
Kişi 10 manata görə dava salıb keçmiş arvadını bıçaqladı
02 oktyabr 2025, 09:58
- ↺ +

Kişi 10 manata görə dava salıb keçmiş arvadını bıçaqladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Göygöldə kişi keçmiş arvadını bıçaqlayıb.

Lent.аz xəbər verir ki, hadisə şəhərin Səbuhi Hacıyev küçəsində qeydə alınıb.

45 yaşlı Mirzə Abbasov (ad və soyad şərtidir) sərxoş halda keçmiş arvadının evinə gəlib. Bu zaman evdə oğlu, gəlini, azyaşlı nəvəsi və keçmiş arvadının qohumu olub. Çay içdiyi zaman Mirzənin yadına düşür ki, 1 həftə əvvəl bacısı bu evdə qalıb və çantasından 10 manat oğurlanıb. Bu səbəblə Mirzə evdəkiləri "niyə belə etdikləri?" barədə sorğu-suala çəkib. Oğlu və gəlini etiraz edərək, belə hadisə olmadığını deyiblər.

Bu zaman təqsirləndirilən şəxsin keçmiş arvadı da evə daxil olub. Mirzə eyni sualı ona da verib. Qadının hadisəni inkar etməsindən sonra əvvəlcə stəkandakı qaynar çayı onun üzərinə töküb. Sonra isə mətbəxə keçərək, bıçaq götürüb. Evdə əməlli səs-küy yaranıb və zərərçəkənin qohumu araya girərək Mirzəni mənzildən çıxarmağa çalışıb. Belə olanda Mirzə daha da hiddətlənib və bıçaqla keçmiş arvadının qoluna xəsarət yetirib. Bıçağı ondan almaq istəyən gənc oğlanın da əli kəsilib.

Nəticədə o, zərərçəkənlərə yüngül xəsarət yetirib və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Məhkəmə istintaqı zamanı zərərçəkən ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını deyərək, cinayət işinə xitam verilməsini xahiş edib.

Göygöl rayon Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və Mirzə Abbasov məsuliyyətdən azad olunub.

Son xəbərlər

Tarix
Bu gün, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
Dünən, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
Dünən, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
Dünən, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
Dünən, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Dünən, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Dünən, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Dünən, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Dünən, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
09 oktyabr 2026, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
09 oktyabr 2026, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
09 oktyabr 2026, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
09 oktyabr 2026, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
09 oktyabr 2026, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
09 oktyabr 2026, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
09 oktyabr 2026, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Oxşar xəbərlər