Yeni mövsümdə Misli Premyer Liqasında çıxış edəcək "Karvan" futbol klubu transfer həyata keçirib.
Gencexeber.az-a Yevlax klubunun mətbuat xidmətindən verilən məlumata görə, "Karvan" niderlandlı sağ cinah müdafiəçisi Şaquill Sno ilə 1 illik müqavilə imzalayıb.
29 yaşlı futbolçu son olaraq Maltanın “Gzira” klubunda forma geyinib. Karyerası ərzində Sno Niderlandın “Ayaks”, “Telstar”, Norveçin “Aalesund”, Bolqarıstanın “Lokomotiv Plovdiv", Rumıniyanın “Botosani” və “Mioveni” klublarının heyətində çıxış edib.