“Kəpəz” qış transfer dövründə heyətinə yeni futbolçu cəlb edib.
Gencexeber.az bildirir ki, bu barədə klub məlumat yayıb.
Məlumata əsasən yeni futbolçu, gürcüstanlı Rati Ardazişvilidir. 26 yaşlı oyunçu yarımmüdafiəçi mövqeyində çıxış edir. Onunla "6 ay + 1 il" müddətinə müqavilə bağlanııb.
Ratinin son klubu vətənində "Samtredia" olub. Gürcüstanın aşağı yaş qrupları üzrə yığma komandalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynada ("Rux"), Qazaxıstanda ("Kaspi", "Jetısu") və Latviyada ("Liepaya") oynayıb.