Gəncəni təmsil edən “Kəpəz” futbol klubu yoldaşlıq oyununda məğlub oldu.
Gencexeber.az məlumat verir ki, “Kəpəz” “Qarabağ”la qarşılaşıb. “Azersun Arena”da baş tutan oyun Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matç zamanı “Qarabağ”ın heyətində Aleksey Kaşuk (5, 14, 35), Emmanuel Addai (38) və Davud Məsumov (64) fərqlənməyi bacarıb. Gəncəlilərdən isə Ehtiram Şahverdiyev (67) son illərin əvəzolunmaz çempionunu məyus edib.