Gəncəni təmsil edən "Kəpəz" futbol klubunun oyunçusu Mahir Həsənov komandadan ayrılıb.
Gencexeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı müdafiəçi karyerasını I Liqa təmsilçisi "Difai"də davam etdirəcək. O, cari mövsümün sonuna qədər icarə əsasında Ağsu təmsilçisinin şərəfini qoruyacaq.